Bu alətlərdən istifadə edilərək müxtəlif formalı düsturlar daxil etmək olar.
Simvol (Symbol) bölməsinə daxil olunduqda orda ən son istifadə olunmuş simvolların siyahısı görünür (Şəkil 2.41).
Hər hansı birinin üzərinə klikləndikdə sənədə əlavə olunur. Bizə lazım olan simvol bu bölmədə yoxdursa, More Symbols düyməsinə klikləyirik (Şəkil 2.42). Bu zaman aşağıdakı dialoq pəncərəsi açılır.
Lazım olan simvolu seçib İnsert düyməsi bir dəfə klikləndikdə simvol kursorun dayandığı mövqeyə əlavə olunur.