Yuxarıdakı hər 3 əməliyyatın icrası zamanı və ya şəkillərlə işlənərkən Şəkil Alətləri (Picture Tools) Format tab vərəqi lentdə peyda olur (Şəkil 2.31).
Bu tab vərəqindən istifadə edilərək şəkil üzərində yuxarıdakı şəkildə göstərilən əməliyyatları icra etmək olar.
Verilənləri göstərmək və müqayisə etmək üçün diaqramlar əlavə edir (Şəkil 2.32). Bir neçə diaqram tipləri vardır ki, onlar sağ tərəfdəki şəkildə göstərilib. Məs.: Zolaq, xətt, dairəvi, sütun və s.. Sənədə hazır fiqurlar əlavə etmək üçün istifadə olunur. Burdan sənədə xətt, çevrə, kvadrat, ellips və s. fiqurlar əlavə etmək mümkündür. Fiqurların tam siyahısı aşağıdakı şəkildə göstərilmişdir (Şəkil 2.33).