Mürəkkəb cədvəllərin hazırlanması
Cədvəllər (Tables): bu qrupdan istifadə edərək sənədimizə cədvəllər əlavə edə və onları tənzimləyə bilərik. Sağ tərəfdə şəkildə göstərilən xanalardan seçib sol düyməni vursaq, seçdiyimiz sətir və sütun sayda sətirlər və sütunları olan cədvəl əlavə olunar. İnsert Table əmri icra edildikdə dialoq pəncərəsi açılır.
Açılan pəncərədə sətir və sütunların sayını daxil edib Ok düyməsini klikləsək, verdiyimiz parametrlərə uyğun cədvəl əlavə olunacaq. Draw Table əmri ilə cədvəli qələmlə çəkə bilərik. Convert Text to Table əmri seçdiyimiz mətni cədvələ salır. Həmçinin, Excel cədvəli əlavə edə bilərik. Eyni zamanda hazır cədvəllərdən də istifadə etmək mümkündür. Cədvəl əlavə etdikdə, yaxud cədvəllərlə işlədikdə Table Tools (Cədvəl Alətləri) ekrana çıxır. Table Tools iki tab vərəqindən ibarətdir. Design (Tərtibat) və Layout (Düzən) (Şəkil 2.28).
Səhifənin dizayn edilməsi
Tərtibat (Design) tab vərəqində, əsasən, cədvəlin çəkilməsi və lazımsız xətlərinin pozanla silinməsi, xətlərin rəngi və qalınlığı, xanalar və cədvəlin sərhədləri, cədvəlin içinin rənglənməsi,