Go To (keç) mətnin istənilən səhifəsi, bölməsi, şərhi və sairəyə
keçmək üçündür
(Şəkil 2.25). Nə zaman istifadə etmək əlverişlidir? Fərz edək ki, Word-də yazılmış 985 səhifəlik
kitab vardır. Mündəricatına baxırıq ki, bizə lazım olan məlumat 615-ci səhifədədir. Go To
pəncərəsindəki xanaya 615 yazıb
Next düyməsi, yaxud klaviaturadan
Enter düyməsini basırıq.
Dərhal 615-ci səhifə ekrana gəlir.
Şəkil 2.25. Go to (keç) pəncərəri
mətn və obyektləri seçməyə imkan verir. Həmçinin, mətnin
arxasındakı
obyektləri də seçmək mümkündür (Şəkil 2.26).
Şəkil 2.26. Select Object (obyekti seç) pəncərəsi
Düyməsi basıldıqda kursor formasını dəyişib oxa çevrilir. Ox
vasitəsilə avtofiqurlar,
mətn qutuları və sairəni asanlıqla seçmək olar.
Əlavə et (İnsert) Tab Vərəqi (Şəkil 2.27): bu tab vərəqindən hazırladığımız sənədə
qoşmalar
əlavə edə bilərik. Qoşmalarla tanış olaq.
Şəkil 2.27. Əlavə et (İnsert) Tab Vərəqinin pəncərəsi