Bu qrupdan istifadə edərək mətnlərimizi formatlaya bilərik. Sual oluna bilər ki, digər bölmələrdən istifadə edərək formatlamanı edə bilərdiksə, bu bölməyə ehtiyac var idimi? Əslində bu bölmədə yeni heç nə yoxdur. Font və Paragraph bölmələrindən istifadə edilərək yazı üslubları hazırlanmış və bu bölməyə daxil edilmişdir. Biz mətni seçirik və buradakı üslublardan hər hansı birini seçirik, dərhal seçdiyimiz mətin həmin üsluba uyğun formatlaşır. Bu qrupdakı üslublardan istifadə edilərək mövzuların başlıqları, altbaşlıqlar və sairənin formatlaşdırılması mümkündür. Standart yazı yazdıqda isə normal üslubundan istifadə edilir. Biz özümüz də yazı üslubları hazırlayıb bu bölmədə saxlaya və lazım olduqda həmin üslublardan istifadə edə bilərik.
2.4. Verilən mətni müvafiq qaydada redaktə (Home-Editing) edirMətnin redaktə edilməsi
Redaktə (Editing) qrupunda cəmi 3 qrup əmr vardır. Find, Replace və Sellect. Find düyməsinin sağındakı ox işarəsi ilə açılan pəncərədə Find, Advanced Find və Go To düymələri yer alır. İndi bu duymələrin hər biri ilə ayrı ayrılıqda tanış olaq (Şəkil 2.22). keçidlər (Navigation) pəncərəsini açır. Pəncərə 3 hissədən ibarətdir: