Font (Şrift) düymələr qrupunun aşağı tərəfindəki bu işarə ilə Font (Şrift) dialoq pəncərəsi açılır (Şəkil 2.13). Pəncərə iki bölmədən ibarətdir: Font (Şrift) və Advanced (təkmil).
Şəkildən də göründüyü kimi pəncərənin Font (Şrift) bölməsindəki əmrlərin çoxu tab vərəqindəki əmrlərlə
eynidir. Burdan da yazının rəngi və ölçüsünü dəyişmək mümkündür. Həmçinin, altıxətli, qalın və kursiv
yazmaq olar. Tab vərəqindən əlavə, burdan da istifadə edib yazının üstündən (ortasından) ikiqat
xətt
çəkmək olar. Advanced (təkmil) bölməsindəki əmrlər isə tab vərəqinin üzərində yoxdur. Bu bölmədən
istifadə edərək şriftlər arasındakı məsafəni (Interval) dəyişmək olar. Sətri yuxarı və aşağı sürüşdürmək
olar (Mövqe - Position). Rəqəmlərarası boşluğu tənzimləmək, ədəd formalarını seçmək və s. mümkündür.
Mətnin parametlərinin tənzimlənməsi
Abzas (Paragraph) düymələr qrupundan abzasları düzləndirmək, abzasların qarşısına nömrələr və markerlər qoymaq, sətirlərarası masafəni tənzimləmək və bu kimi məqsədlər üçün istifadə olunur (Şəkil 2.14).