Gördüyümüz kimi ekranın sağ tərəfində Буфер обмена deyilən xüsusui bir panel yaranır. Həmin panel Microsoft Office proqram paketində kəsilmiş, surəti çıxarılmış 24 obyektin yerləşdirilməsinə imkan verir. Mübadilə buferini bir qədər izah edək. Diqqət edin! Burada olan Вставить все düyməsinə baxın. Əgər kursorumuz yeni mövqedədirsə və Вставить все düyməsi sıxılırsa, bu o deməkdir ki, mübadilə buferində olan bütün sözlər göstərilmiş mövqeyə yerləşdiriləcək. Əməliyyatı təkzib üçün standart alətlər zolağında olan Отменить-Undo düyməsini sıxın. Очистить все düyməsi Буфер обмена Office-də yəni ofisin mübadilə buferində olan bütün obyektləri təmizləyir. Lakin belə bir sual yaranır. Əgər mübadilə buferində olan tək bir obyekt üzərində əməliyyat aparmaq istəyiriksə, nə etməli? Ilk növbədə kursoru həmin obyektin üzərinə yaxınlaşdırın. Sonra həmin sözün sağ tərəfində xüsusi bir ox işarəsi yaranacaq. Ox işarəsinin üzərində sol düyməni bir dəfə sıxın. Beləliklə qarşıya çıxmış kontekst menyu həmin sözün yerləşdirilməsi və silinməsini təklif edir. Sözü əgər yeni mövqeyə yerləşdirəcəyiksə, Вставить vurun. Əgər həmin sözü mübadilə buferindən silmək istəyiriksə, Удалить vurun. Əgər ümumi mübadilə buferindəki bütün obyektləri silmək istəyiriksə, Очистить все düyməsini sıxın. Mübadilə buferini ekrandan bağlamaq üçün isə x düyməsini sıxın.
Fayl menyusundakı əmrlər fayllarla işləmək imkanı verir. Fayl menyu əmrləri ilə aşağıdakı əməliyyatları etmək mümkündür: