3. Köməkçi düymələr

Klaviatura rəqəm rejimində olarsa, düymələr rəqəm daxil edir və sürətlə hesabi əməllər aparmaq üçün istifadə olunur. Rəqəm rejiminə keçmək üçün Num Lock düyməsini sıxmaq lazımdır.

4. Funksional düymələr

F1–F12 – tez-tez istifadə olunan əməliyyatları yerinə yetirən düymələrdir. Bu düymələrin funksiyaları proqramlardan asılı olaraq fərqli ola bilər.

Xüsusi düymələr:
Esc – əmrdən imtina etmək üçün düymə;
Print Screen – ekranın surətini mübadilə buferinə köçürür;

Scroll Lock- bəzi proqramlarda kursorun sabit yerdə dayanmasını təmin etmək üçün istifadə olunur;

Pause (Break) – proqramın müvəqqəti saxlanması üçün düymə.

Hərf yazılan zaman Shift düyməsi basılarsa, həmin hərfin böyük forması yazılır. CapsLock düyməsi basılarsa, bütün hərflər böyük şəkildə yazılır. CtrlAlt düyməsi köməkçi düymələrdir. TAB düyməsi 0.5 inch (düym) boş yer buraxmaq üçündür.

Backspace düyməsi soldan, Delete düyməsi isə sağdan bir hərif və ya işarəni silmək, Enter düyməsi təzə sətrə keçmək, ESC (escape) hər hansı bir əməliyyatdan imtina etmək, F1-F12 düymələri funksional düymələrdir, yəni proqramdan asılı olaraq hansısa bir əməliyyatı icra etmək üçündür.

Şəkil 1.14. Klaviatura
Şəkil 1.15. Siçan (mouse)

Siçan (mouse) - Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaradılmaqla proqramların idarə olunması və mətnlər və şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində böyük rol oynayır. Siçan giriş (daxiletmə) qurğusudur (Şəkil 1.15).