Diqqət etmək vacibdir ki, masştabı dəyişdirdikdə siz təsvirin ölçülərini dəyişdirmirsiniz. Təsvir sanki sizə yaxınlaşır və uzaqlaşır. Adətən masştabi təsvirdəki hansısa kiçik detala yaxından baxmaq və onu redaktə etmək üçün dəyişirlər.
Paint proqramını aktivləşdirdikdə ilk olaraq Karandaş aləti aktiv olur. Siz siçan göstəricisi ilə kağız üzərində adi karandaşla rəsm çəkdiyiniz kimi işləyə bilərsiniz. Hər hansı bir xətti çəkmək üçün siçan Göstəricisini işçi sahənin ağ vərəq olan hissəsində yerləşdirərək sol düyməsini basıb saxlayaraq xəttin çəkilməsini reallaşdırmaq lazımdır.
Xəttin fərqli rənglə çəkilməsini istəyirsinizsə, əsas nişanların sağ hissəsində yerləşən palitradan istifadə etmək lazımdır. Siçan göstəricisinin sol düyməsi ilə rəngli kvadratların ixtiyari birinə vuraraq cari rəngi seçmək mümkündür. Əgər palitrada sizi qane edən rəng yoxdursa, Rənglərin dəyişdirilməsi (Edit colors, Изменение цветов) əmrini aktivləşdirərək açılan dialoq pəncərəsindəki geniş diapazondan yeni rəngi palitraya əlavə etmək lazımdır.
Rəngdən başqa xəttin qalınlığını da dəyişə bilərik. Bunun üçün Ölçü (Size, Размер) düyməsində siçan göstəricisini vurmaq lazımdır. Bu zaman müxtəlif xətt nümunələri görünəcəkdir. Lazım olan ölçü nümunəsi üzərində siçan göstəricisini vurmaq lazımdır.
Xəttin nəinki qalınlığını, eləcə də onun çəkiliş qaydasını dəyişmək olar. Bunun üçün Fırçalar (Brushes, Кисти) düyməsindən istifadə etmək olar.Xətt parçasının çəkilməsinə şərait yaradır. Bunun üçün siçan göstəricisini xəttin başlanacağı yerə qoyub sol düyməni basmaqla xəttin bitəcəyi yerə qədər çəkmək lazımdır. Bundan sonra siçan göstəricisini buraxmaq olar.
Shift düyməsini basmaqla xəttin çəkilməsi şaquli, üfiqi və 45° bucaq altında xəttlərin yaradılmasına imkan verir. Siçan göstəricisinin sağ düyməsi ilə xəttin çəkilməsi onun rəngini fona uyğun edir.
Əyri xəttin çəkilməsi üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
Düzbucaqlının çəkilməsi uyğun alətlə həyata keçirilir. Bunun üçün siçan göstəricisini işçi sahədə düzbucaqlının sol yuxarı küncünün olacağı yerə qoyub sol düyməni basaraq düzbucaqlının sağ aşağı küncünün olacağı yerə sürüşdürmək və düyməni buraxmaq lazımdır. Düzbucaqlı aşağıda verilmiş sxemlərdən birinə uyğun olaraq əks edilir: