USB (Universal Serial Bus) portu - 2000-ci illərdə yaranmış bu interfeys həmin onilliyin ən mühüm hadisəsi olmuşdur. Müasir kompüterlərdə bu portların sayı 6-dan 8-ə qədər olur və bununla da digər portlardan istifadəyə son qoyulmuş olur. Bir USB portuna “sıra ilə” 127 qurğu qoşmaq mümkün olur. USB-nin daha bir vacib keyfiyyəti vardır – bu, interfeys kompyuter yenidən yüklənmədən istənilən qurğunun qoşulmasına imkan verir (Şəkil 1.12).
Qida bloku
Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompüteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır.
Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.
Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür (Şəkil 1.13).