Standart proqramlar - kompüterə əməliyyat sistemi ilə birgə yazılan proqramlardır.
Əgər, komputerə hər hansı bir proqram yüklənməyibsə bu zaman standart proqramlar vasitəsilə müəyyən işlər görmək mümkündür (Qrafikl 3.1).
1. Notepad (Блокнот) mətn redaktoru
Notepad (Блокнот) proqramı sadə mətn fayllarının yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Bu proqram mətn sənədlərinin yaradılmasında çox az istifadə olunur. Əsasən TXT, HTML və XML formatlı mətn fayllarına baxış üçün nəzərdə tutulmuşdur. Notepad (Блокнот) proqramı vasitəsilə yaradılmış mətn sənədinə cədvəl və şəkillərin daxil edilməsi mümkün deyildir (Şəkil 3.1).