|
Təlim nəticələrinin qiymətləndirilməsi
|
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Kompüteri işə salan zaman ilkin açılan qovluq hansıdır?
A) Drayver;
B) Əməliyyat sistemi;
C) İşçi stolu;
D) Arxiv proqramları.
2. Aşağıdakılardan hansı işçi stolunun elementinə aid deyil?
A) Mənim kompüterim;
B) Mənim sənədlərim;
C) Zibil qabı;
D) Sistem proramları.
3. İdarəetmə panelində nə etmək mümkün deyil?
A) Vaxtı tənzimləmək;
B) Qovluq yaratmaq;
C) Görünüşü dəyişmək;
D) Proqramları silmək.
4. Aşağıdakılardan hansı bənd Windows əməliyyat sistemin əsas obyektləri adlandırılır?
A) Fayl, qovluq və qısa yol;
B) Proqram, qovluq və oyun;
C) Əməliyyat sistemi, şəbəkə və fayl;
D) Baş menyu, idarəetmə paneli və sənədlər.
5. İdarəetmə paneli nə üçün lazımdır?
6. Qovluqla faylların fərqi nədir?
7. Tapşırıq paneli harada yerləşir?
8. İşçi stolunun başqa hansı funksiyaları vardır?
9. İşçi stolunu nə üçün fərdiləşdirmək lazımdır?
10. Kompüterə əməliyyat sistemi yüklənəndən sonra işçi stolunda hansı obyekt olur?
11. İdarəetmə panelinin görünüşünü necə dəyişmək olar?