Burada aşağıdakı bölmələr vardır:
- İstifadəçini dəyiş (Switch user (Сменить пользователя)). Bu bölmə kompüter çoxistifadəçi rejimdə
işləyirsə, yəni bir neçə “Fərdi konfiqurasiyalar” vardırsa, onda bu bölmə kompüterdə bir istifadəçi
rejimdən digərinə kompüteri yenidən yükləmədən keçməyə imkan verir;
- Sistemdən çıx (Log off (Выйти из системы)). Bu bölmə kompüteri yenidən yükləməyin bir növ yüngül
formasıdır. Bu əmri fəallaşdırdıqda kompüter qrafiki örtük və əlavə xidməti proqramları yenidən
yükləyir, əməliyyat sisteminin nüvəsi isə yaddaşda qalır;
- Kilidlə (Lock (Блокировать)). Bu əmri fəallaşdırdıqda Windows bütün ekran və orada yerləşən hər şeyi
gizlədir və bu zaman ekranda yalnız “ekran fonu” qalır. Bundan sonra yenidən işçi rejimə qayıtmaq
üçün yalnız öz qeydiyyat parolunuzu daxil etməlisiniz;
- Yenidən başlat (Restart (Перезагрузкa)). Bu bölmə isə Windows-u tam şəkildə yenidən yükləməyə xidmət
edir;
- Yuxu (Sleep (Сон)). Bu rejim kompüteri söndürəndə bütün açılmış pəncərələr və işə salınmış
proqramları yaddaşda saxlamağa imkan verir;
- Mürğüləmə (Hibernate (Гибернация)). Bu bölmə cari seansı yaddaşda saxlayaraq kompüteri söndürür. Bu
zaman kompüteri yenidən işə salanda Windows 7 əməliyyat sistemi cari seansı bərpa edir.
Windows əməliyyat sisteminin bütün tənzimlənməsini şərti olaraq aşağıdakı qruplara ayırmaq olur:
- Funksional tənzimlənmə. Buraya bütöv sistemin normal işləməsi üçün lazım olan tənzimləmələr aiddir.
Buraya ilk növbədə, İnternetlə birləşmə, videoplata və monitorun düzgün işləmə rejimi, həmçinin,
təhlükəsizlik sisteminin tənzimlənməsi aiddir;
- Fərdi tənzimləmə. Windows əməliyyat sisteminin xarici görünüşü və tərtibatını sizin zövqünüzə və
təlabatınıza üyğun şəklə salma;
Windows 7-də sistemin tənzimlənməsi vasitələrinə tez daxil olmaq üçün bir neçə qayda vardır. Onlardan
biri Başlat (Пуск (Start)) menyusunda yerləşən İşə Başlama (Приступая к работе) menyusu və bölməsini
seçməkdir.
Burada siz Windows 7-ni tənzimləyən ən sadə alətləri əldə edə bilərsiniz. Burada aşağıdakı bölmələr
vardır: Windows-u Fərdiləşdir (Personalization (Персонализация)) (İşçi masanın xarici görünüşünün
dəyişdirilməsi), digər kompüterdən faylların köçürülməsi, informasiyaların ehtiyat nüsxəsinin
yaradılması, Ev qrupunun yaradılması, həmçinin verilənlərin təhlükəsizliyi və sistemin mühafizəsini
təmin edən vasitələr.
Lakin sistemin əsas tənzimlənmələri isə İdarə etmə paneli (Control
panel (Панель управления))
adlandırılan xüsusi paneldə yerləşir. Bu panelə daxil olmaq üçün həm Başlat (Пуск (Start)) menyusunun
sağ hissəsindəki panel, həm də Kompüter (Computer (Компьютер)) qovluğundan istifadə etmək olur. Bu
idarəetmə panelindən çox tez-tez istifadə olunduğundan onun nişanını İşçi
masada məsələlər panelində də
yerləşdirmək olur. Bunun üçün kursoru Başlat (Пуск (Start)) menyusunun sağ hissəsindəki paneldən
İdarəetmə Paneli (Control Panel (Панель управления)) nişanının üzərinə qoymaq, sonra siçanın sağ
düyməsini sıxmaq, açılmış pəncərədən isə İş masasında Göstər (Show on
Desktop (Отображать на рабочем
столе))