Bu sütundakı nişanların altında “Bütün proqramlar” (All Programs (Bce nporpaммы)) yazısı yerləşir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada sizin kompüterinizdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin, axtarış sətri də yerləşir. Windows 7-də yaxşı axtarış vasitəsi vardır. Bunun vasitəsilə sizin kompüterdə açar sözlər əsasında istənilən sənədi asanlıqla tapmaq olur, hətta əgər siz poçtu Şəbəkədə deyil, Windows Mail Live kimi proqramında saxlayırsınızsa, onda elektron məktubları da həmin qayda ilə asanlıqla tapmaq olur.
Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin idarəedici modulları yerləşir. Burada ilk dörd sətrdə sizin musiqi kolleksiyalı, sənədli, filmli və fotoşəkilli fərdi qovluqlarınıza istinadlar, həmçinin, sizin multimedialı “Kitabxana” kataloqunuza istinadlar yerləşir.
Burada növbəti nişan Kompüter (Computer (Компыютер)) adlandırılır. Kompüter (Computer (Компыютер)) istinadı Windows 7 əməliyyat sistemində fayl menecerinin pəncərəsini açır. Bunun sayəsində sizin kompüterinizdə quraşdırılmış bütün informasiya daşıyıcılarına daxil ola bilmə imkanı əldə edirsiniz.
Sağ sütunun növbəti bölmələri aşağıdakılardır.
“Başlat” (Start (Пуск)) menyusunun sağ sütununun aşağı hissəsində kompüteri söndürməyə xidmət edən xüsusi düymə yerləşmişdir. Bu bölmə “Söndür” (Shut down (Завершение работы)) adlanır. Bu bölmədə də bir neçə alt bölmələr də vardır (Şəkil 2.10). Onlar bu bölmənin sağ küncündəki ox işarəsi ilə aktivləşirlər.