Onu da qeyd edək ki, Windows XP-dəki Start (Пуск (Başlat)) menyusu və Windows 7/8-in Start menyusu tamamilə başqa cür görünür, lakin onlarla işləmə prinsipi dəyişməz qalır.
Windows 7-də Başlat (Пуск (Start)) menyusu iki sütundan ibarətdir.
Sol sütunda bizim tez-tez istifadə etdiyimiz proqramların nişanı, həmçinin, Windows-un bir sıra xidməti proqramları (Kalkulyator, ekranın çəkilişlərini yaratmq üçün Qayçılar (Shipping Tool (Ножницы)) Paint (Boyama) qrafiki redaktoru və Windows Media Player ifaedici nişanları yerləşir. Burada bəzi nişanların sağında ox işarəsi görünür. Bu oxun üzərində siçanı sıxdıqda bu proqramda sonuncu açılmış sənədlərin siyahısı açılır. Bu sütunda nişanlar daimi dəyişir. Bu nişanlardan hansısa biri sizə lazım olmazsa, onu asanlıqla paneldən yox etmək olur, onun üçün