Windows əməliyyat sisteminin əsas elementlərindən biri də pəncərədir, ancaq ən əsası da deyil. Kompüterlə işləyən zaman gördüyümüz və işlədiyimiz bütün əməliyyatlar ya işçi stolu, ya da hər hansı bir pəncərədə baş verir. Məhz ona görə də bütün əməliyyat sistemi onun adı ilə adlandırılmışdır. Windows əməliyyat sisteminin bütün proqramları pəncərələrdə açılır. Qovluqlar da pəncərə şəklində açılır (Şəkil 2.4).
Pəncərənin öz istəyimizə uyğun olması üçün onu kursorla çəkib genəltmək və yığmaq olur. Windows-da pəncərələr standartdır və proqramı, sənədi və ya qovluğu da açdıqda onların pəncərə təsviri eyni olacaq, sanki bunlar eynidirlər. Windows əməliyyat sistemində pəncərə yuxarısında açılmış qovluq haqqında və ya bu pəncərədə yüklənmiş proqram haqqında məlumat yerləşən çərçivədən ibarətdir.
Windows əməliyyat sistemində əsas pəncərə növlərindən biri də qovluq pəncərəsidir. İstənilən qovluğu Windows-da öz pəncərəsində açmaq olur.
Eyni vaxtda açılmış pəncərələrin sayı kifayət qədər çox ola bilər və bu, standart kompüterin parametrlərindən asılıdır. Oxşar idarəetmə elementlərinə və tərtibatına görə pəncərələrin digər növünü də qeyd etmək olar: dialoq pəncərəsi, sorğu sisteminin pəncərəsi, əlavələrin (proqramların) işçi pəncərəsi və bir çox əlavənin (proqramların) pəncərələrinin daxilində ayrı-ayrı sənədlərin pəncərələri də ola bilər.
Bir açılmış pəncərədən digərinə keçmək üçün siçanı pəncərələrin üzərinə silmək və ya “Məsələlər panelində” onun istinadına sıxmaq lazımdır. Lakin daha asan yol Alt+Tab düymələrinin kombinasiyasının istifadəsidir. Bu zaman ekranda açılmış bütün pəncərələrin siyahısını özündə saxlayan rahat menyu çıxacaqdır. Burada isə “Alt” düyməsi buraxmadan “Tab” klavişasının köməyilə sizə lazım olan pəncərəni seçin (və ya onun üzərinə sadəcə siçanı sıxın),