“Mənim sənədlərim”- kompüterdə yaradılan istifadəçi sənədlərinin bu qovluğa yazılmasıdır.
“İnternet Explorer”in əsas vəzifəsi internetdə bələdçilik funksiyasının yerinə yetirilməsi və onunla əlaqədar meydana çıxan məsələlərin həllidir.
Bildiyimiz kimi, yaddaşda tipindən asılı olmayaraq istənilən informasiya fayllarda saxlanılır. Bir qayda olaraq fayl diskə ayrı-ayrı fraqmentlər şəklində yazılır. Başqa sözlə desək, yaddaşda saxlanılan fayllar, eləcə də sistemdə quraşdırılmış proqramlar verilənlərin klaster strukturu ilə saxlama qaydasından istifadə edilməklə diskə yazılır. Bu qayda isə ondan ibarətdir ki, istifadə olunan disk sahəsi (“Область диска”) hər biri yalnız müəyyən olunmuş həcmdə informasiya saxlaya bilən nömrələnmiş kiçik hissələrə bölünür. Bu kiçik yaddaş sahələri klasterlər adlandırılır. Başqa sözlə desək, diskə yazılan informasiyanın tutduğu ən kiçik yaddaş sahəsi bir klaster əmələ gətirir. Klaster bir və ya bir neçə sektordan ibarət ola bilər. Buna müvafiq olaraq hər bir fayl yaddaşa yazılma prosesində hərəsi bir klasterdə yerləşən çoxlu sayda hissəyə bölünür. Hər bir klasterdə həm də faylın davamının harada yerləşdiyini bildirən xüsusi köməkçi məlumat saxlanılır. Buna baxmayaraq, hər hansı proqramın yüklənməsi, eləcə də faylın oxunması prosesində onlara aid olan həmin yaddaş hissələri birləşir. Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd olunaraq saxlanılan bu cür verilənlər yığımına fayl deyilir. Kompüterdə saxlanılan bütün informasiyalar - mətnlər, sənədlər, proqramlar, qrafiki təsvirlər və s. fayllarda saxlanılır.
Fayllar müxtəlif tipli olur:
• İcra olunan fayllar - sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar;
• Sənədlər - istifadəçilər tərəfindən kompüterdə müəyyən proqramın köməyi ilə yaradılan hər hansı informasiya toplusu, mətn və s..
Faylları bir-birindən fərqləndirmək üçün onların adlarından istifadə edilir. Faylın tam adı iki hissədən ibarət olur və bu hissələr bir-birindən nöqtə işarəsi ilə ayrılır. Birinci hissə faylın adını, ikinci hissə isə onun genişlənməsini göstərir.
Qovluq - Windows ƏS-nin əsas obyektlərindən biri qovluqdur. Qovluq vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Fayl kimi qovluğa da eyni qaydada adlar verilə bilər, lakin MS-DOS mühitində qısa adlardan istifadə edilməlidir. Faylların üzərində yerinə yetirilən əməliyyatlar qovluqlar üçün də eynidir.
Hər hansı bir obyekti daha asan və qısa yolla açmaq üçün onun qısa yolunu (yarlıkını) yarada və yarlığı istənilən qovluq, o cümlədən, iş masasının üzərində yarada bilərik. Obyektlə yarlığın fərqi ondadır ki, yarlığın nişanının sol aşağı küncündə ox işarəsi olur (Şəkil 2.3):
Qovluğun (faylın) işçi masasında yarlığını yaratmaq istəyiriksə, o zaman onu qeyd edib siçanın sağ düyməsini sıxıb açılmış kontekst menyunun Send to (Отправить) → Desktop