Keş (gizli) yaddaş
Keş yaddaş prossesorun daxilində yerləşir, prosessorla əməli yaddaş arasında verilənlərin sürətli mübadiləsini təmin edir, yəni bufer yaddaş rolunu oynayır (Şəkil 1.7).
Əməli yaddaşda yer çatmadıqda bəzi əməliyyatlar keş yaddaşa köçürülür, əməli yaddaşda yer boşalır və sistem sürətlə işləyir. Keş yaddaş sistemin işinin sürətini artırmaq üçündür. Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili və xarici. Xarici keş yaddaş müxtəlif mikrosxemlər üzərində yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir.
Daxili keş yaddaş isə mikroprosessorun daxilində yerləşərək mikroprosessorun daxilindəki registrlərin işini sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mikroprosessorlarında istifadə edilmişdir.
Daimi yaddaş ROM - iki yerə - CMOS – yaddaş və BİOS- yaddaşa bölünür:
CMOS yaddaşa əvvəlcədən müəyyən proqramlar yazılır və sistem işləmədikdə onun işini sazlamaq üçün istifadə olunur.
BİOS - daxiletmə və xaricetmə baza sistemidir və ilkin yüklənmədə sistem və proqramların işini testləşdirir.
Videokart
Videokart vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoakartlar məhz fərdi kompüterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videokartın cəld işləməsi və imkanları videokontrollerdən asılıdır (Şəkil 1.8). Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması və onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal olunması təmin edilir.