İş sürətinə və sıxılma dərəcəsinə görə ən yaxşı arxivatorlardan biri winrar proqramı sayılır. Bu proqram zip, arj və rar formatlarını dəstəkləyir.
d) Antivirus proqramları:
Antivirus proqramları - kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir (Şəkil 1.3).
Viruslar müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır.
Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər.
Antivirus proqramlarının fəaliyyətini ümumiyyətlə 3 əsas qrupa ayırmaq mümkündür (Şəkil 1.4):
1. Virus axtarış-tapma (virus scanner);
2. Tapılan virusu təmizləmə (virus cleaner);
e) Drayverlər (Sürü
Drayver kompüteri təşkil edən və ona qoşulmuş qurğuları, cihazları və avadanlıqları (hardware) idarə edən və düzgün işləməsini təmin edən proqramdır (Şəkil 1.5). Printer, Scaner, Monitor, Videokart, şəbəkə kartı və s. digər avadanlıqları kompüterə qoşulduqdan sonra normal işləməsi üçün onları dərhal kompüterə tanıtmaq lazımdır.
Əgər hər hansı avadanlıq üçün drayver yazılmayıbsa və ya drayver yanlış şəkildə yazılıbsa, ya da yazılmış drayverdə problem varsa, o zaman həmin avadanlıq ya ümumiyyətlə işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq.
Məsələn: