Şinlər

Şin – kompüterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən informasiya magistralıdır. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Həmçinin, qurğuların ünvanlanması və idarə funksiyası da şinlər vasitəsilə yerinə yetirilir. Fərdi kompüterə əlavə qurğuların (mouse, klaviatura, rəqəmli kamera və s.) USB lokal şinindən istifadə edilir (Şəkil 1.5).

Şəkil 1.5. Şin

Əməli yaddaş

(RAM) - kompüter işləyən zaman məlumatın müvəqqəti saxlanması, daxil edilməsi, işlənməsi və ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi qurğudur. Kompüter elektrik şəbəkəsinə qoşulduqda informasiyalar-proqramlar HDD-dən əməli yaddaşa yüklənir, kompüter söndürüldükdə informasiyalar əməli yaddaşdan silinir, yəni müvəqqəti yaddaşdır. Rezident proqramlar əməli yaddaşda daima saxlanan proqramlardır və məlumatların ilkin olaraq əməli yaddaşa yüklənməsini təmin edir (Şəkil 1.6).

Şəkil 1.6. Əməli yaddaş