Elektron lüğətlərdən istifadə
"Poliqlot elektron lüğəti" - kompüter və ya digər elektron cihazlarda olan lüğət proqramıdır. Sözlər və sözbirləşmələrini sürətlə axtarmağa imkan verən proqramdır. "Poliqlot elektron lüğəti"-nə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir (Şəkil 4.6).
Tərcümə proqramları dedikdə, mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur.
Elektron tərcümə proqramlarının tətbiqi
Dilmanc azərbaycan dili üçün dil texnologiyalarından istifadə edilməklə yaradılan tərcümə proqramıdır (Şəkil 4.7).
Proqramın aşağıdakı funksiyaları mövcuddur: