AdobeAcrobat PDF hazırlama və redaktə proqramıdır. Proqramın köməyilə pdf-lər hazırlaya və onları redaktə edə bilərsiniz. Proqramın köməyilə Microsoft Word, Excel, PowerPoint, Outlook, Publisher və Access fayllarınızı pdf şəklində yaddaşa vermək olur.
Adobe Acrobat proqramının köməyilə saytlar və e-mail adreslərin müəyyən bir səhifəsini də pdf şəklinə çevirmək və yaddaşda saxlamaq mümkündür (Şəkil 4.3).
Foxit proqramı peşəkar şəkildə pdf hazırlama proqramıdır. Bu proqramla müxtəlif formalarda pdf faylları hazırlaya, hazır pdf fayllar üzərində dəyişikliklər edə, pdf fayllarınızı şifrələyə və pdf faylları office proqramları formatlarına çevirə bilərsiniz (Şəkil 4.4).
Virtual printer kompüterin Ə.S-nə quraşdırılmış və adi bir çap cihazının işini təqlid etmək üçün istifadə olunan xüsusi bir proqramdır. Əməliyyat sistemində bu proqram printerlərin siyahısında göstərilir. Beləliklə, istifadəçi sənədləri hər hansı bir proqram tətbiqetməsindən bu virtual printerə yazdırmaq üçün göndərə bilər (Şəkil 4.5).
.