PDF formatlı fayllarla iş
PDF, (PortableDocument Format; Daşına bilər Sənəd Formatı) və platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədi ilə istifadə olunan fayl formasıdır. Bir çox platforma üçün pulsuz istifadə olunur. PDF formatında olan fayl üzərində işləmək üçün xüsusi proqramlardan istifadə olunur.
Mətn tanıma lideri - ABBYY Finereader
FineReader proqramı ABBYY Software firması tərəfindən yaradılmışdır. Bu proqramın vasitəsilə kağız üzərində müxtəlif dillərdə hazırlanmış mətnlərin optik obrazların tanınması təmin edilir (Şəkil 4.1).
Proqramı standart qaydada Baş menyunun Proqramlar bölməsindən ABBYY FineReader office əmrini yerinə yetirilməsi ilə yüklənir.
Proqram yükləndikdən sonra Windows əlavələri üçün tipik proqram pəcərəsi açılır. Proqram pəncərəsi başlıq və menyu sətirləri, formatlaşdırma, tanıma, standart alətlər, Scan&-Read panelləri və işçi sahədən ibarətdir.
Proqramın işçi sahəsi bir neçə hissəyə ayrılmışdır. İşçi sahəsinin sol kənarında sənədlərin