Layihənin biznes sektoru üçün də əsas üstünlükləri vardır. İş adamlarının dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrinin qurulması və xərclərinin azaldılması, iqtisadi səmərəliliyi, rəqabət və xarici bazarlara çıxış imkanlarının artırılması – əldə olunan imkanlardan bəziləridir. Bu sektor üçün göstərilən xidmətlərə misal olaraq:
Layihənin inkişaf etdirilməsi məqsədilə artıq 2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər hazırlanır. Bülleten ölkədə elektron hökumətin inkişaf etdirilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, elektron hökumət layihələri haqqında informasiyalar, o cümlədən, elektron xidmətlərin sayı və onlardan istifadə edilməsi və digər müqayisəli statistikanı özündə birləşdirir.
Demokratik imkanların gücləndirilməsi və ictimai, eləcə də siyasi fəaliyyətdə vətəndaşların iştirakının artırılması üçün informasiya vasitələri, eləcə də informasiya-kommunikasiya texnologiyalarının istifadəsi “elektron hökumət”in özülünü təşkil edir. Bu xidmət sayəsində informasiya sahəsində qərarların qəbul edilməsi və monitorinqinə bir növ elektron dəstək tətbiq olunur və bu dəstək vətəndaşların dövlət orqanları ilə qarşılıqlı münasibətə cəlb olunmasından ibarətdir.
Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün "Elektron hökumət" portalı - www.e-gov.az öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir. Bu hökumət müasir informasiya texnologiyalarının imkanları və dövlət orqanlarında informasiyalaşdırmanın maksimum səviyyəsindən istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nın tətbiqi və elektron xidmətlər, həmçinin, informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun şəkildə ödənilməsi, rəqabət qabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi və yüksək ixtisaslı mütəxəssislər və elmi kadrların hazırlanması Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir. Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək və kənd yaşayış məntəqələri də daxil olunmaqla ölkə ərazisində geniş zolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq və elektron ticarət əlaqələri iştirakçılarının müdafiəsi və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcəkdir. Bölgələrdə İKT-nın tətbiqi genişləndiriləcək və əhalinin rəqəmsal hazırlığı ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcəkdir. İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq on-line lisenziyalaşma və one-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslandırılan rəqəmsal hüquqların idarəetmə sistemi yaradılacaqdır. Bununla yanaşı, eyni zamanda kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcəkdir.