“Elektron Hökumət” virtual məkan və müasir texnologiyaların imkanları və dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Bəşəriyyət müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafının təsiri altındadır. İnformasiya texnologiyaları günümüzdə təşkilatların strukturu, işçilərin sayı, işləmə prinsipi, performansı və dəyişməsinə təsir edən ən əsas amillərdən biridir. 20-ci əsrin axırlarında ölkələrin iqtisadi və təşkilati strukturlarının islahata cəlb edilməsi nəticəsində dövlətin idarə edilməsi effektiv, şəffaf, məhsuldar və vətəndaş mərkəzli olmağa yönəldilmişdir, bu da öz növbəsində, təbii olaraq dövlət quruculuğunda dəyişikliklərə səbəb olmuş, dövlətlər klassik bürokratik strukturlarından ayrılaraq əməliyyatların daha sürətli, asan və daha az vaxta və daha az xərclə aparıldığı yeni bir quruluş və idarəetmə sistemin doğru istiqamət almışdır. Bu idarəetmə sistemi elektron hökumətdir. Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə məxsus dövlət idarəçiliyidir. O, informasiya telekommunikasiya texnologiyalarının (İKT) dəyərlər və vətəndaş cəmiyyətlərinin istək və tələblərinə əsaslandırılır. Vətəndaşların istəklərinə, iqtisadi dəyərlərə, vətəndaş nəzarəti üçün açıq olmasına və dəyişikliklərə yönəlik olması ilə xarakterizə olunur. Dünyanın müxtəlif ölkələri, xüsusilə də, ABŞ və Böyük Britaniyada e-hökumət, ümumilikdə, dövlətin fəaliyyətinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş bir konseptual sənəd kimi baxılır. Başqa cür desək, e-hökumətin əsas mahiyyəti odur ki, müxtəlif səviyyəli dövlət qurumları müasir informasiya texnologiyalarından istifadə edərək vətəndaşlara şəffaf və qərəzsiz informasiya və xidmətlər təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları insan cəmiyyəti, qeyri-hökümət təşkilatları və ya dövlət qurumları ola bilər. Xüsusi vəziyyətdə qərbin təcrübəsində e-hökumət üç əsas hissədən ibarətdir: G2G hökumət hökumət (government to government); G2B-hökumət biznes (government to business); G2C hökumət vətəndaşlara (government to citizens) və özündə bir çox tətbiq elementi göstərir, məsələn, insanların dövlət informasiyasını əldəetmə azadlığı, dövlət təşkilatlarının kağızsız dövriyyəyə keçməsi, dövlət məmurlarının autentifikasiyası üçün plastik kartların tətbiqi, kommunal xərclərin ödənilməsi və s..
E-hökumət - informasiya texnologiyaları, əsasən də, internet xidmətlərindən istifadə edilməklə hökumət tərəfindən təqdim olunan xidmət və məlumatların vətəndaşlar, sahibkarlar, dövlət qurumları və digər ictimai qurumlara ötürülməsini özündə cəmləşdirir. Elektron hökumətdə texnologiyalardan geniş şəkildə istifadə etmə hökumətin təklif etdiyi xidmətlərin vətəndaşlara operativ və şəffaf çatdırılması, biznes və sənaye sektorunda yaradılmış əlaqələrin geniş şəkildə inkişaf etdirilməsi, vətəndaşların informasiyaya çıxışının təmin edilməsi ilə bağlı hüquq və imtiyazların genişləndirilməsi və daha operativ, şəffaf və məsuliyyətli idarəetməyə xidmət göstərir. Bunun nəticəsində, korrupsiya vəziyyətinin qarşısının alınması, şəffaflığın artırılması, sərf olunacaq zaman və maddiyyatın gözə çarpacaq dərəcədə azaldılması müşahidə olunmaqdadır.
Ölkəmizdə "elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslandırılır. Elektron hökumətin 3 əsas faktorunu göstərmək olar: hökumət, vətəndaş və sahibkar (biznes qurumları).
Ötən əsrin sonlarından etibarən bəşər cəmiyyətində bu sferada - İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) geniş şəkildə inkişaf etdirilməsinə başlanması təbii olaraq Azərbaycanda da ciddi işlərin görülməsinə təkan verib. Yaxın tariximizə nəzər salsaq, o zaman görərik ki, Azərbaycan bir çox sektorda olduğu kimi bu sektorda da müstəqil və şəffaf bir siyasət apararaq uğur qazana bilib.
Bütün bu nailiyyətlər təsadüfən əldə edilməmişdir. Sonuncu dövlət proqramında Dövlət və