Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək və onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, həmçinin, dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filialları, həmçinin, ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur.
Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin, onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanmışdır. Sayt vasitəsilə vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, eyni zamanda elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar və öz sertifikatları haqqında ətraflı məlumat əldə edə bilərlər.
Bu gün respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sistemi və Avropaya inteqrasiyasını daha da sürətləndirmiş olacaq.
Asan İmza haqqında ümumi məlumat
“Asan İmza” (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır.. “Asan İmza” (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir (Şəkil 3.2).
“Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
“Asan İmza” (Mobil ID) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Qeyd edək ki, hazırda müxtəlif dövlət və özəl təşkilatlar tərəfindən vətəndaşlara təqdim olunan ölkə üzrə 650-dən artıq elektron xidmətdən istifadədə “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətindən istifadə edilir. “Asan İmza” (Mobil ID) vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahədə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı və internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra edilir, “Asan İmza” mobil elekton imza xidməti artıq dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə də inteqrasiya edilib. “Asan İmza” (Mobil ID) mütəmadi olaraq müxtəlif beynəlxalq