Aşpaz
Şəkil 1.67. Təkrar emal edilmiş qida tullantısı
Geri qayıdan tullantılar - istehsal prosesində ayrılan elə tullantılardır ki, onlardan həmin istehsalın texnoloji prosesləri və elə həmin məhsulun istehsalında xammal kimi əlavə olunaraq işlənmədən istifadə etmək olar. Məsələn, iri balıqların emal tullantılarından kulinar məhsulların yarımfabrikatlarının istehsalı üçün istifadə etmək olar (Şəkil 1.68).
Şəkil 1.68. Balıqların emal tullantılarından istifadə
Geri qayıtmayan tullantılar - istehsal prosesində ayrılan elə tullantılardır ki, onlardan təkrarən istifadə etmək mümkün deyil və ya məqsədəuyğun deyildir (Şəkil 1.69). Qəza vəziyyətlərində, bağlayıcı çərçivələrin dağılıb sıradan çıxması nəticəsində, texniki avadanlığın sınması və digər səbəblərdən müxtəlif cür çirklənmiş tullantılar əmələ gəlir və onların bir hissəsi çirkab sularla axıdılır və ya atmosferə buraxılır.
|
Şəkil 1.69. Geri qayıtmayan tullantılar
|