Ölçmə qaşıqları: ümumiyyətlə plastik və ya metaldan hazırlanmış ən azı 4 qaşıqdan ibarətdir. Ölçmə qaşıqlarından həm quru, həm də maye maddələrin az miqdarını ölçmək üçün istifadə olunur. Birinin quru, digərinin isə maye maddələr üçün istifadə edilə bilməsi üçün iki dəstin olması faydalıdır. Bu, qaşıqları maye maddələr üçün istifadə etdikdən sonra və növbəti quru tərkib üçün istifadə etməzdən əvvəl yuyub qurutmaq məcburiyyətini aradan qaldırır (Şəkil 1.14).
|
Şəkil 1.14. Müxtəlif ölçmə qaşıqları
|