Milli qanunlar, ümumiyyətlə, hazırlanmış qida məhsullarının tərkib hissələrinin siyahısının göstərilməsi , xüsusi olaraq da, müəyyən qatqı maddələrinin siyahıya alınmasını tələb edir. Əksər inkişaf etmiş ölkələrdə qanun maddələrin məhsuldakı nisbi çəkilərinə görə siyahıya alınmasını tələb edir. Bir maddənin özü birdən çox tərkibdən ibarətdirsə ("peçenye və krem" ləzzətli dondurmanın bir hissəsi olan peçenye parçaları kimi), onda bu tərkib hissəsi öz məhsulu ilə ümumi məhsulun neçə faizinə görə sıralandığı mötərizədə göstərilir.
Tərkib siyahıları
Tərkib azalan qaydada (çəkiyə görə) göstərilməlidir. Bu o deməkdir ki, qida istehsal olunduqda siyahıda ilk tərkib hissəsi ən çox və sonuncu tərkib hissəsi ən az qatqı təmin etmişdir. Məsələn, siyahının başlanğıcına yaxın şəkər verilmişdirsə, məhsul özündə bu tərkib hissəsinin daha çox hissəsini ehtiva edir.
Faiz etiketlənməsi
Əksər qablaşdırılmış qidalarda qidadakı açar və ya xarakterizə edən maddələr və ya komponentlərin faizini göstərən etiketlər olmalıdır. Bu, oxşar məhsulları müqayisə etməyə imkan verir.