4.5. Pəhriz yeməklərinin hazırlanma xüsusiyyətlərini təsvir edir
Pəhriz yeməklərinin hazırlanma xüsusiyyətləri
Pəhriz üçün yeməklər qaynadılmış və sürtkəcdən keçirilmiş halda hazırlanır. Onlar isti vəziyyətdə verilir.
Pəhriz yeməklərini hazırlamaq üçün ancaq təzə əla növ ərzaqlar, pəhriz konservləri, meyvə-giləmeyvə şirələri, təzə meyvələr, giləmeyvələr, tərəvəzlər, süd, süd məhsulları və yağdan istifadə edilir (Şəkil 4.2).
Şəkil 4.2. Əla növ ərzaqlar
Yeməklərin bişirilməsi zamanı istiliklə hazırlamanın aşağıdakı üsullarından istifadə edilir: su və yaxud buxarda qaynama, bişmə və hərdən əsas üsulla əvvəlcədən qaynadılmış məhsulların üzərində yüngülvari qabığın əmələ gəlməsinə qədər qovrulması və qızardılması (Şəkil 4.3).