Bu pəhriz üçün ət və balıq bulyonunda yeməklər hazırlanmır, kakao, soğan, sarımsaq, qırmızı turp, hisə verilmiş kolbasa, ədviyyatlar, kəskin-tünd və duxlu ərzaqlar və dondurulmuş yeməklərdən istifadə edilmir.
6 №-li pəhriz üçün duz az miqdarda əlavə edilir, kəskinləşən vaxtda isə məhdudlaşdırılır. Qidalanma rejimi gündə 5 dəfədir. Bir gündə sərbəst mayenin miqdarı - 1,5-2 litrdir.
7 №-li pəhriz üçün duz tamamilə çıxarılır, 10 №-li pəhriz üçün isə onun istifadəsi birdən-birə məhdudlaşdırılır. Menyudan ət, balıq və göbələk bulyonları, xolesterinlə zəngin olan ərzaqlar, paxla, şokolad və kakao çıxarılır. Çörək duzsuz bişirilir.
Bu pəhriz üçün şorbalar su və tərəvəz həlimlərində bişirilir. Bu zaman porsiyanın çəkisi azaldılır.
İkinci yeməklər üçün qaynadılmış və ya sonradan qızardılmış və qovrulmuş ət və balıqdan (yağsız növlərindən) istifadə edilir. Yumurtanın istifadəsini məhdudlaşdırın. Geniş çeşiddə turşasüdlü məhsullar, tərəvəzlər (paxladan başqa), yarma və makaron məmulatlarından istifadə edilir. Kaliumla zəngin olan meyvələrə (ərik, üzüm, qara gavalı və kuraqa-qaysı qurusu) üstünlük verilir. Yağlardan - kərə yağından istifadə edilir.
Bu pəhriz üçün yeməyin temperaturu adi, qidalanma rejimi bir gündə 4-5 dəfə, sərbəst maye qəbulu isə 0,9-1,1 litr olmalıdır.
9 №-li pəhriz üçün yağsız kəsmik, təzə tərəvəzlərdən hazırlanan salat və pəhriz kolbasasından qəlyanaltı kimi istifadə edilir. İçkilərdən çay, sorbitlə südlü qəhvə, kisellər, tomat şirəsi və şirin olmayan meyvə və giləmeyvə növlərindən şirələr məsləhət görülür.
15 №-li pəhrizin menyusuna müxtəlif məhsullar daxildir, amma hər şeydən əvvəl onlarda C və B1 vitaminlərinin miqdarının artırılmasına diqqət yetirilir. C vitamini 100 mq, B1 vitamini isə 5 mq, yəni fizioloji normalarla müqayisədə iki dəfədən çox olmalıdır.
Menyuya, həmçinin, itburnu həlimi, meyvə-giləmeyvə şirələri, təzə göyərti və tərəvəzlərdən salatlar, kəpəkdən olan həlim (şorbaya əlavə edilir), kəpəkdən olan içki və mayalar daxil edilir.
Müalicəvi qidalanmanın təşkil olunma qaydaları
Müalicəvi qidalanma bir xəstəliklərdə əsas müalicə vasitəsi kimi, digər xəstəliklərdə isə müalicənin digər - tibbi, fizioterapiya ilə kurort müalicələri kimi növlərinin müvəffəqiyyətli təsirinə kömək edən vasitə kimi tətbiq edilir.
Müalicəvi qidalanmanın, həmçinin, profilaktik əhəmiyyəti də vardır, yəni onun köməyi ilə xəstəliklərin xroniki və davamlı formaya keçməsi, bununla da xəstəliklərin kəskinləşməsinin qarşısı alınır.
Diqqət yetirin: 1 №-li pəhriz on iki barmaq bağırsaq və mədə xora xəstəliyi, xroniki qastrit, kəskinləşmə fazasında sekresiya çatışmazlığı və sağalma dövrü kəskin qastrit və bərpa fazasında mədədə əməliyyatdan sonra təyin edilir.