Qida maddələri və qida zəhərlənmələri
Bu pəhrizin tərkibinə daxil olunan rasionların (1a və 1b) köməyi ilə müalicənin ciddi hissəsindən müxtəlif qidalara keçən zaman istifadə olunur.
1a rasionunu mədə xorası xəstəliyinin kəskinləşməsi zamanı 10-11 günlük təyin edilir. Pəhrizin bu hissəsi daha ciddi olur. Bu pəhrizə yarma həlimləri, duru südlü sıyıqlar, qaynadılmış yağsız balıq, sürtkəcdən keçirilmiş tərəvəzlər və tərəvəz həlimləri, buxarda bişirilmiş omletlər, turş olmayan durulaşdırılmış şirələr və kisellər daxildir. Belə pəhrizdən çörək çıxarılır.
1b rasionu 1a rasionundan sonra elə həmin müddət olmaqla təyin edilir. Bu rasion çox genişdir, belə ki bu rasiona ağ suxarı, ət və balıq frikadelləri daxildir.
1 №-li pəhriz üçün yeməklər sürtkəcdən keçirilmiş halda hazırlanır, burada istiliklə hazırlama, qaynatma və bişirmədən istifadə edilir.
İsti yeməklər kiçik porsiyalarla 65°C-dən yuxarı olmayan temperaturda, soyuq yeməkləri isə 10-12°C-dən aşağı olmayan temperaturda yeyilməyə verilir.
1 №-li pəhriz üçün aşağıdakı ərzaq məhsullarının işlədilməsinə icazə verilir:
- süd məmulatları (turş olmayan);
- yumurta (gün ərzində iki ədəddən çox olmamaqla);
- zeytun və ya qarğıdalı yağı;
- qaynadılmış yağsız balıq, mal əti, dana əti və toyuq əti;
- sürtkəcdən keçirilmiş yarma və tərəvəzlərdən hazırlanmış şorbalar, südlü şorbalar və sürtkəcdən keçirilmiş sıyıqlar;
- şirin yeməklər (kisel, jele, süzülmüş kompot və südlü çay);
- boyat buğda çörəyi və ya suxarı;
- bütün yeməklər zəif duzlu olmalıdır.
1 №-li pəhriz üçün aşağıdakı ərzaq məhsullarının işlədilməsi qadağan edilir:
- ətli, balıqlı və göbələkli bulyonlar;
- efir yağı və qlükozidlə zəngin olan tərəvəzlər (qırmızı turp, ağ turp, cəfəri, kərəviz və soğan);
- tərkibində kobud (qaba və sərt) sellüloza olan tərəvəzlər (xiyar, paxla və kələm);
- tərkibində çoxlu miqdarda sellüloza (ərik və gavalı) olan turş giləmeyvə və meyvələr;
- sürtkəcdən keçirilməmiş quru meyvələr;
- duz və turşuya qoyulmuş ərzaqlar;
- yağlı və şirnili xəmir.
2 №-li pəhriz üçün aşağıdakı ərzaq məhsullarının işlədilməsinə icazə verilir:
- qızardılmış (ət və balıqdan) və unlanmamış məmulatlar;
- qatılaşdırılmış bulyonlarda hazırlanan şorbalar;
- ayrıca yemək kimi üzərinə kərə yağı əlavə edilmiş kök, kartof, ispanaq və gül kələmi, qaynadılmış ət, balıq və quş əti;
- üyüdülmüş yarmadan qatı sıyıq, kotlet, pudinq və makaron məmulatları;
- ətli və balıqlı souslar;
- turşusüdlü məmulatlar və xama;
- şirin yemək və şirələr.