Bu zəhərlənmənin əsas profilaktik tədbiri taxılın saxlanılması qaydalarına ciddi riayət edilməsidir.
Aflotoksinlər orqanizmə düşdükdə qaraciyər (serroz) və boyrəkləri yoluxdurur və mədə, ağciyərlər, böyrəklər və qalın bağırsaqlarda şiş yaranır.
Taxılın düzgün saxlanılması və qida məhsullarının kiflənməsinin qarşısının alınması əsas profilaktik tədbirlərdəndir.
Zol-zol papaqlı göbələyə oxşayan və istifadəsi 90% ölümlə nəticələnən solğun zəhərli göbələklər, xüsusilə, təhlükəlidir. Bunun da səbəbi solğun zəhərli göbələyin zəhərinin istiliyə çox dözümlü olması və həzm yolu fermentlərinin onu məhv edə bilməməsidir.
Xəstəlik çox ağır keçir. “Solğun göbələklə” zəhərlənmə simptomları – baş ağrısı, qusma, qarın ağrısı, ishal, qaraciyərin uzanması, sidiyin ayrılmasının dayandırılması, aşağı temperatur və huşu itirmə, beləliklə, 1-2 gün ərzində ölüm baş verə bilər.
Zəhərli göbələklər və saxta xoruzgöbələkləri görünüşünə görə yeməli göbələklərdən fərqləndiyi üçün onlardan zəhərlənmələr təsadüfi hallarda baş verir.
Göbələklərlə zəhərlənmənin baş verməməsi üçün bunlara əməl edilməlidir:
Diqqət yetirin: şampinyonların papaqcığının alt tərəfindəki qırışın rəngi çəhrayı, amma solğun zəhərli göbələklərdə papaqcığın alt tərəfindəki qırış ağ və ya yaşıl rəngdə olur.