Qida maddələri və qida zəhərlənmələri
Stafilokokdan zəhərlənmələrin qarşısının alınması tədbirləri:
- irinlənmə, kəsiklər, dəridə yanıqlar, angina və yuxarı nəfəs yollarının katarı zamanı işə başlamayın (Şəkil 3.26);
- bütün yemək və məmulatların istilik emalı üçün temperatur rejiminə ciddi əməl edin; südü mütləq qaynadın və onu həmin qabda saxlamayın;
- qatıqdan ancaq xəmir hazırlığı üçün istifadə edin;
- termik emala aid olan yeməklərdə (varenik, fəsəli və sırnik) pasterizə olunmamış kəsmikdən istifadə edin;
Erqotizm xəstəliyinin simptomları:
|
Şəkil 3.26. Xəstəlik zamanı işləməyə qadağa
|
- qıc olmuş halda: ağız suyunun güclü axması, ürək bulanması, qusma, qarın ağrısı, barmaqların həssaslığının itirilməsi, sonra isə əl-ayağın ətinin ürpəşməsi və qıcolma;
- qanqrenalı halda: əvvəlcə qıcolma növünün simptomları müşahidə olunur, sonra isə əsəb sistemi və qan dövranı pozulur və qanqrena əmələ gəlir.
Yadda saxlayın! İctimai iaşə müəssisələrində bu zəhərlənmənin qarşısını almaq üçün yarmanı seçmək, unu isə ələmək lazımdır.
- Turş süd məhsulları qazan və başqa qaba tökülmədən bilavasitə stəkana süzülür;
- Yağ kremi ilə olan məhsullar 2-6 dərəcə temperaturda 6 saatdan çox saxlanmamalıdır (yay vaxtı onların hazırlanması məsləhət deyil);
- Hazır qida 2-6 dərəcə temperaturda, isti halda isə 65 dərəcə temperaturdan aşağı olmayaraq müəyyən olunmuş müddətdən artıq saxlanmamalıdır;
- Balıq konservləri 4 dərəcədən çox olmayan temperaturda yağda saxlanmalıdır (Şəkil 3.27).
|
Şəkil 3.27. Soyuducu
|
Mikotoksikoza xəstəliyinin simptomları aşağıdakılardır:
- Qida borusu və ağızda kəskin ağrı, ağız boşluğunda yaranan şiş (angina);
- “Sərxoş çörək” adlandırılan zəhərlənmə insanda kəskin həyəcan yaradır (səbəbsiz gülüş, rəqs etmək, oxumaq, qeyri-münasib yeriş və güclü alkoqol sərxoşluğunu xatırladır), sonra isə depressiya və gücün zəifləməsi ruh düşkünlüyü ilə əvəz olunur;
- “Sərxoş çörək”in müntəzəm istifadəsi zamanı qanazlığı yaranır, mərkəzi əsəb sisteminin pozulması əmələ gəlir və əmək qabiliyyəti itir.