Qida maddələri və qida zəhərlənmələri
Qida məhsullarının stafilokokla çirkləndirilməsi mənbələri, əsasən, aşağıda göstərilənlər ola bilər:
- angina və yuxarı nəfəs yollarının katarı (selikli qişanın iltihabı) və dərisində irinli xəstəlikləri olan insanlar;
- döşgəlmə xəstəliyi olan heyvanlar - inək, keçi və qoyunlar.
Əlverişli temperaturda stafilokoklar istənilən məhsullarda çoxalır:
- əsasən, kulinariya məmulatlarında intensiv çoxalır: kartof püresi, kotlet, paştet və balıq yeməkləri;
- pasterizə edilməmiş süddən hazırlanmış məhsullar: süd, kefir, süzmə, pendir və kərə yağı;
- stafilokokların yaşam fəaliyyəti üçün ən əlverişli mühit, xüsusən, bişirilmiş kremdən hazırlanmış kremli məmulatlardır.

Yadda saxlayın! Yüksək nəmliyi olan məhsullar, həmçinin, tərkibində nişasta, şəkər (20-25%) və xörək duzu (9-10%) olan məhsullar toksin yaratmaq üçün ən əlverişli mühitdir.
Mikotoksikozlar - bu, mikroskopik göbələklərin zəhəri ilə zəhərlənmiş qida istifadəsi nəticəsində yaranan zəhərlənmədir. Belə zəhərlənmənin səbəbi paxlalı və dənli məhsulların təmizlənməsi zamanı bu göbələklərlə yoluxması ola bilər.
Aflotoksinlər heyvan mənşəli məhsullarda - aflotoksin ilə çirkləndirilmiş yemlə qidalanmış süd, yumurtalar və heyvanların toxumalarında da rast gəlinir (Şəkil 3.25).
Göyərmiş və ya yaşıllaşmış kartofla zəhərlənmə onun tərkibindəki nişastanın zəhərli salonin maddəsinə çevrilməsi nəticəsində əmələ gəlir. Salonin, əsasən, yaşıl kartofda olur. Belə zəhərlənmənin qarşısını almaq üçün aşağıda göstərilənlərə əməl edilməlidir:
|
Şəkil 3.25. Heyvan mənşəli məhsullar
|
- yemək hazırlanarkən yaşıl kartofdan istifadə edilməməlidir;
- kartof diqqətlə təmizlənməli və gözcükləri götürülməlidir;
- göyərmiş kartof ancaq təmiz halda bişirilməli, həlimi isə boşaldılmalıdır.