Qida zəhərlənmələrinin növləri
Qida zəhərlənməsi - bu, qida məhsullarının qəbulu zamanı mikroblu və mikrob mənşəyi olmayan maddələri özündə saxlayan kəskin xəstəlikdir.
Diqqətli olun: qida infeksiyalarından fərqli olaraq onlar yoluxucu deyil və xəstədən sağlam insana keçmir.
Qida zəhərlənmələrinin təsnifatı (Şəkil 3.1):
Özündə canlı mikrobları saxlayan qidaların qəbulu zamanı yaranan zəhərlənmələr toksiki infeksiyalar adlandırılır.
Toksiki infeksiyalara aiddir:
Salmonelez – salmonellərlə zəhərlənmiş qida qəbulundan sonra 3-5 saat ərzində yaranan zəhərlənmədir. Xəstəlik 2-7 gün ərzində davam edir.
Bu xəstəliyin törədiciləri spor yaratmayan qısa hərəkətli salmonel mikroblarıdır.
Salmonel şərti anaerobdur.