Alman bakterioloqu R. Kox (1843-1910) mikrobların araşdırılması metodlarını işləyib hazırlamış və onların inkişafı üçün canlı aləmi öyrənmiş və vərəm və vəba törədicilərini aşkar etmişdir.
Zərərli mikroblar bitki, heyvan və insan xəstəliklərinin törədiciləridir, onlar qida məhsullarını xarab (çürümə, kif atma və s.) edir, belə ki qida məhsulları mikrobların yaxşı inkişaf etməsi üçün ən yaxşı vasitədir.
Mikroorqanizmlərin fiziologiyası ilə fransız alimi L. Paster (1822-1895) məşğul olmuşdur. O, mikroorqanizmlərin xeyirli və zərərli təsirləri olduğunu aşkar edib qarayaraya və quduzluğa qarşı vaksini işləyib hazırlamışdır.
Rusiyada ilk bakterioloji laboratoriyanın təşkil edilməsində ilk dəfə orqanizmin müdafiə xüsusiyyətləri (fagositoz) və immuniteti haqqında nəzəriyyəni işləyib hazırlayan müəllif rus alim İ.İ. Meçnikov (1845-1916) olmuşdur.
Y.Y. Nikitinskiy (1878-1941) qida mikrobiologiyasının istiqamətlərini hazırlamış və qida mikrobiologiyası sahəsinə öz töhfəsini verərək bu sahəni xeyli zənginləşdirmiş və B.S. Alekseyev ilə birlikdə tez xarab olan qida məhsullarının mikrobiologiyasının xüsusi kursunu işləyib hazırlayıblar.
S.A. Korolyov (1876-1932) məktəbi sayəsində süd və süd məhsulları sahəsində çox mühüm nailiyyətlər əldə edilmişdir.