Bağırsaq qurdları (helmintlər) tərəfindən insanda yaranan infeksiyalar helmintozlar (parazit qurdların insan və heyvanlarda əmələ gətirdiyi xəstəlik halları) adlandırılır. Bağırsaq qurdlarının sürfələri insan orqanizminə daxil olan kimi orada inkişaf etməsi üçün optimal mühit tapır. Onlar əsasən, bağırsaqlarda yığılsa da, amma digər orqanlarda (beyin, qaraciyər və ağciyərdə) da inkişaf edə bilir.
Bağırsaq qurdlarının sürfələri insan orqanizminə yuyulmamış meyvələr, tərəvəzlər, su, çirkli əl, həmçinin, bağırsaq qurdları ilə yoluxmuş heyvanların əti və balıqların qəbulu zamanı daxil olur.
Helmintozlar iştahanın ümumi vəziyyətinin pisləşməsi və ağız suyunun ifrazının yüksəlməsi ilə müşayiət olunur. Nəcisdə olan bağırsaq qurdlarının yumurtaları torpaq və su, oradan da meyvə və tərəvəzlərə keçir.
Kifayət edəcək dərəcədə istilik emalından keçirilməmiş ətin istifadəsi zamanı insan orqanizmi trixinel bağırsaq qurdlarının sürfələri ilə yoluxa bilər. Onlar mədə-bağırsaq kanalına düşür, oradan da qanla bütün orqanizmə yayılır və uzun müddət orada qalır ki, bu da orqanizm üçün çox zərərlidir.
Mikroorqanizmlər və onların təbiətdə yayılma məqamları
Mikrobiologiya - mikrob adlandırdığımız mikroorqanizmlərin quruluşu, xüsusiyyətləri və həyat fəaliyyətlərini öyrənən bir elmdir.
Mikroorqanizmlər təbiətdə hər yerdə - torpaq, su və havada yayılmışdır.
Mikrobların inkişafı üçün torpaq ən yaxşı mühitdir (1 qr torpaqda bir neçə milyard mikrob yerləşir). Burda mikroblar yemək və su tapır və günəş şüalarından müdafiə olunur.
Torpağın müxtəlif yerlərində mikroorqanizmlərin miqdarı müxtəlifdir: üz səthində çox az, 5-30 sm dərinlikdə isə daha çox olur, dərinlik artdıqca mikroblar seyrək şəkildə məskunlaşır.
Üst qatlarda havalanma mümkün olduğuna görə aerob mikroblar, torpaq qatının dərinliyi artdıqca isə (havalanma məhdudlaşdığına görə) anaerob mikroblar artıb çoxalır.
Bakteriyalar daim torpaqda məskunlaşıb burada illərlə yaşayır, patogen bakteriyalar isə (dizenteriyalı və s.) yalnız bir neçə ay yaşaya bilir.
Torpaqda adi mikroorqanizmlərlə yanaşı, eyni zamanda xəstəliktörədən mikroorqanizmlər də mövcuddur, buna görə qida məhsullarının torpaqla çirkləndirilməsi sağlamlıq üçün təhlükəlidir.
Suda da torpaqda olduğu kimi mikroorqanizmlər yaşaya və arta bilir, buna görə də təbii su hövzələrinə üzvi və mineral həlledici maddələr vurulur ki, ondan qidalanma üçün istifadə edilə bilsin.
Mikroorqanizmlərin mövcudluğu üçün ən yaxşı mühit olan havada da müxtəlif mikroorqanizmlər məskunlaşmışdır. Havada rütubətlilik az olduğundan mikroorqanizmlər günəş şüalarının təsirinə məruz qalır, bəziləri tez məhv olur, bəziləri isə müvəqqəti olaraq həyat fəaliyyətini davam etdirir.
Havada nə qədər çox toz varsa, hava o qədər mikroorqanizmlərlə çirkləndirmişdir, buna görə də havanın təmizliyinin qayğısına qalmaq vacibdir, çünki çirklənmiş havada xəstəliktörədən mikroblar ola bilər ki, bu da infeksion xəstəliklərin yayılmasının başlıca səbəblərindən biridir.