Aşpaz
Sərbəst iş üçün tapşırıqlar
İnqrediyent siyahısında götürülə bilən məhsulları ayırd edin;
Şirənin tərkibinə daxil olan inqrediyentləri araşdırın;
Qaynatma üsulu ilə yemək bişirmə üsulunda əməliyyatları tərtib edin;
Qızartmaq üsulu ilə yemək bişirmənin qrildən fərqini araşdırın və müzakirə edin;
Yemək reseptində yenilik etmək üçün ekvivalentlik prinsipi haqqında məlumat toplayın;
İnqrediyent kimi götürülə bilən məhsulları araşdırın və yoldaşlarınızla müzakirə edin;
Qaynatma üsulu ilə yemək bişirməyin məqsədini araşdırın;
Zəif odda yemək bişirmə üsulunda istilik dərəcələrini araşdırın və müzakirə edin;
Qızartma üsulu ilə yemək bişirmədə qidalardan istifadəni araşdırın;
Lobya turşusunun reseptini tərtib edin;
Balqabaq aşının reseptinin hazırlanması zamanı incə məqamları araşdırın və yoldaşlarınızla müzakirə edin.