Tez korlanan yeməklərin – studen, paştet və qaynadılmış ətin hazırlanma prosesində təkrar istilik emalı aparılmalıdır;
İnsana xəstə heyvanlardan keçə bilən qida infeksiyalarına bunlar aiddir: qarayara, vərəm, bruselyoz, dabaq və tülyaremiya (gəmiricilər və həşəratlar vasitəsi ilə insana yoluxan bir xəstəlik).
Qarayaranın mikrobları spor yaradır, hərəkətsizdir və ətraf mühitin fəaliyyətlərinə müqavimət göstərir. Belə mikroblar temperatur, turşuluq və duzların təsiri altında məhv olmur, əksinə, onillərlə yaşaya bilir.
Buna görə də mövcud xəstəliklə yoluxmuş heyvanların əti və südünü məhv etmək lazımdır.
Vərəm - bu yoluxucu xəstəliyin mikrobları hərəkət etməyən və spor yaratmayan vərəm çöpləridir. Onların inkişaf temperaturu -370C-dir.
Vərəm bakteriyaları xarici mühit amillərinə çox dözümlüdür. Onlar turşudulmuş süd məhsulları və yağda uzun müddət qalır. Qaynama vaxtı bir neçə saniyə ərzində bu mikroblar məhv olur.
Vərəmlə xəstələnmiş heyvanların ətini yalnız üçsaatlıq bişirmədən sonra yeyə, yoluxmuş toyuqların yumurtalarını isə şirniyyat istehsalına yönəldə bilərsiniz.
Bruselyoz - bu xəstəliyi hərəkət etməyən və spor yaratmayan şaraoxşar bakteriyalar yaradır. Onların inkişafı üçün optimal temperatur 370C-dir. Belə mikroblar yağ, soya, brınza, ət və süddə çox qala bilir. Bu mikroblar xarici mühitin müxtəlif amillərinə dözümlü olsalar da, termik emal vaxtı məhv olur.
Bruselyoz insanda ümumi zəiflik, revmatizm, malyariya, yuxusuzluq, dəridə səpki və baş ağrısına səbəb olur.
Dabaq virusu - 370C temperaturda ətraf mühitdə yaşamaq qabiliyyətinə malikdir. O, yüksək temperaturda antiseptik maddələrin fəaliyyəti zamanı məhv olur.
İnsanın dabaqla yoluxması ümumi zəiflik, ağzın selikli qişasının iltihabı və yaralarla müşayiət olunur. Yüngül formada keçirilməsinə baxmayaraq, bu xəstəlik ölümə gətirib çıxara bilər.
Heyvanların dabaqla xəstələnməsi zamanı karantin elan edilir. Xəstə heyvanların ətini kiçik tikələrlə bişirmək və ya kolbasa məmulatları istehsalına göndərmək lazımdır. Dabaq virusları yüksək temperaturda məhv olduğu üçün südü qaynatmaq lazımdır.