Sektor modulu üzrə təlim materialı
Sərbəst iş üçün tapşırıqlar
Qida maddələrinin əhəmiyyəti haqqında məlumat toplayın.
Karbohidrat artıqlığı və karbohidrat çatışmazlığının insan orqanizminə necə təsir etdiyini araşdırın.
Zülalların insan həyatında rolunu araşdırın.
İnsan orqanizmində həzm şirələrinin nə üçün ayrıldığının səbəbini müəyyən edin.
Mineral maddələrin orqanizmə hansı qidalar ilə daxil olmasını yoldaşlarınızla müzakirə edin.
Qida maddələrinin enerji proseslərinə təsirini nümayiş etdirin.
Suyun normadan artıq istifadəsinin nəyə səbəb olduğunu öyrənin.
Qida məhsullarının kalorililiyini müəyyən edin.