Həddindən artıq susuzluq halı düzgün olmayan maye-su qəbulu rejimi, son dərəcə kəskin yeməklərin istifadəsi və xəstəliklərin əlaməti ola bilər. Suyun həddindən artıq istifadəsi mədə, ürək və böyrəkləri yükləyir, bədənin şişməsinə səbəb olur və insanın sağlamlığına mənfi təsir edir.
Qida məhsullarının tərkibindəki mineral maddələrin miqdarından asılı olaraq onlar şərti olaraq aşağıdakı kimi bölünür:
Yaşlı insanın orqanizminin mineral maddələrə olan bir günlük tələbatı 20-25 qramdır, hansı ki, qidalanmada balanslaşdırma kalsium, fosfor və maqneziumun nisbətilə - 1:1,5:0,5-ə çatır. Belə nisbət orqanizmdə mineral maddələrin mənimsənilməsinin səviyyəsini müəyyən edir.
Mineral maddələr insanın bədən çəkisinin 4%-ni təşkil edir. Onlar orqanizmdə daim dəyişir. Hər gün orqanizmdən 15-25 qram miqdarında mineral maddələr xaric olur, buna görə də onların yerini hər gün müxtəlif qidalarla doldurmaq lazımdır.
Orqanizmdə turşu-qələvi tarazlığının saxlanması üçün qidalanmada qələvi təsiri olan mineral maddələr tərkibli məhsulların – kalsium, maqnezium, kalium, natrium və sairənin nisbətini düzgün seçmək lazımdır. Kalsium duzlarına olan bir günlük təlabat – 0,8 qr., kaliuma olan bir günlük tələbat - 5 qr.-dır. İnsanın orqanizmi üçün natriuma olan bir günlük tələbat - 4-6 qr-dır.
Bu mineral maddələr süd, tərəvəzlər, kartof, həmçinin, turşu təsirli mineral maddələr - fosfor, kükürd, xlor, ət, balıq, yumurta, çörək və yarmalarda daha zəngindir. Fosfora olan bir günlük tələbat - 0,8-1,2 qram, kükürdə olan bir günlük tələbat isə - 1 qramdır. Orqanizmin xlora olan bir günlük tələbatı - 5-7 qramdır.
Vitaminlərə olan tələbat rasion, yaş və sağlamlıq durumundan asılı olaraq çox dəyişir. Bu tələbat uşaq vaxtları, qoca yaşlar, hamiləlik və uşağın yedizdirilməsi vaxtı, xəstəlik və sağalma zamanı daha da artır.
Qidalanmada vitaminlərin çatışmazlığı ümumi şəkildə avitaminoz xəstəliyi adlandırılır.
Qida vasitəsilə vitaminlərin daxil olmamasından əmələ gələn vitamin çatışmazlığı zamanı hipovitaminoz yaranır ki, bu da dərinin ağrılı dəyişiklikləri, selikli qişa, dırnaqlar, saç, yuxusuzluq və sümüklər və dişlərin quruluşunun pozulması, qıcıqlanmalar, mədə-bağırsaq nasazlığı, zəiflik, yoluxucu xəstəliklərə qarşı müqavimət qabiliyyətinin azalması və əmək qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır.
A və D vitaminlərinin normadan artıq istifadəsi orqanizmin zəhərlənməsinə səbəb olur və hipervitaminoz adlandırılır. Mütləq şəkildə bilmək lazımdır: ərzaq məhsullarının həddən artıq emalı, uzunmüddətli saxlanması, konservləşdirmənin bir çox növü, çox qızdırılması, oksidləşdirilməsi (metal, turşu və duzların təsiri və ərzaq məhsullarının xırda-xırda doğranması zamanı), işıq və günəş şüaları (D vitamini istisna olunmaqla), qalaylama və bu kimi vitaminlərin dağılma səbəbləridir.
B1 vitamininə olan bir günlük tələb norması - 1,3-2,6 mq-dır.
C vitamininə olan bir günlük tələb - 55-108 mq.-dır.