Orqanizmdə su mübadiləsi mərkəzi sinir sistemi tərəfindən tənzimlənir, kalium və natrium duzlarının mineral mübadiləsindən asılıdır.
Suda həll olan kalsium və maqnezium mineral duzlarının qatılığından asılı olaraq su yumşaq, orta bərk, çox yumşaq, bərk və çox bərk olur.
Tərkibi, xüsusilə, çox miqdarda mineral maddələrlə zəngin olan su və mineral su adlandırılır.
Mineral maddələr - bioloji aktiv maddələr olub heyvan və bitki toxumalarının tam çürüməsindən sonra qalır. Onlar:
Qida məhsullarının tərkibindəki mineral maddələrin miqdarından asılı olaraq onlar şərti olaraq aşağıdakı kimi bölünür:
Bundan başqa, mineral maddələr həyati əhəmiyyətli (əvəzolunmaz), bol (brom, sezium, qızıl və gümüş) və toksiki (zəhərli) mikroelementlərə (qurğuşun, kadmium, arsen və civə) bölünür (Şəkil 1.4).
Kalsium - makroelementlərə aiddir. O, sümüklər və dişlərin quruluşunda iştirak edir, ürəyin fəaliyyətinə kömək edir, ümumiyyətlə, normal boy artımı üçün zəruri elementdir. Kalsium süd və süd məhsulları, yumurta, çörək, paxlalılar və tərəvəzlərin tərkibinə daxildir.
Fosfor duzları - sümüklər və dişlərin formalaşması, həmçinin, mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir. Süd məhsulları, yumurtalar, balıq, ət, çörək və paxlalıların tərkibinə daxildir.
Dəmir - qanın hemoqlobininin tərkibinə daxildir, orqanizmin oksidləşmə proseslərində iştirak edir, qaraciyər, yumurta, yulaf və qarabaşaq yarmaları, çovdar çörəyi və almaların tərkibindədir.