Qida maddələri və qida zəhərlənmələri
TƏLİM NƏTİCƏSİ 1: QİDA MADDƏLƏRİNİN ƏHƏMIYYƏTİNİ ANLAYIR
1.1. İnsan həyatında qida maddələrinin əhəmiyyətini müəyyən edir
Qida maddələrinin əhəmiyyəti
İnsan orqanizmini təşkil edən hüceyrə və toxumaların bərpa edilməsi və yenidən yaranması orqanizmə qida vasitəsilə daxil olan maddələrin miqdarına görə baş verir. Onlar qida maddələri adlandırılır. Qida maddələrinin tərkibinə aşağıdakılar daxildir (Şəkil 1.1):
- zülal;
- piy və piyəoxşar maddələr;
- karbohidratlar;
- mineral maddələr;
- vitaminlər;
- su.
Şəkil 1.1. Qida maddələrinin tərkibi
Qida imkan verir:
- böyüyən orqanizmi formalaşdırmaq və inkişaf etmiş orqanizmi dəstəkləmək;
- insanın daxili orqanlarının fəaliyyəti üçün bədənin temperaturu və mexaniki enerjisinin saxlanmasından ötrü lazım olan istiliyi istehsal etmək;
- bütün həyat prosesləri, o cümlədən, əqli və fiziki işləri yerinə yetirmək.
Göstərilən funksiyaları yerinə yetirmək üçün qida aşağıdakı maddələrdən təşkil olunur:
- qeyri-üzvi maddələr - su və mineral maddələr;
- üzvi maddələr - vitamin, zülal, yağ, karbohidrat və fermentlər.
Zülallar - canlı orqanizmlərin ən əhəmiyyətli bioloji maddələrindən biridir və onlar olmadan heç bir canlı hüceyrə mövcud ola bilməz.
Zülaldan aşağıdakı məqsədlər üçün istifadə olunur:
- insan bədəni orqanlarının hüceyrə toxumaları üçün tikinti materialı məqsədi ilə;
- plastik və energetika materialı məqsədi ilə;
- fermentlər, vitaminlər və hormonların yaranması üçün istifadə edilən maddələr məqsədi ilə.
Zülalların tərkibinə karbon, oksigen, hidrogen, azot, həmçinin, fosfor, kükürd, dəmir və başqa elementlər daxildir. İnsan orqanizmində zülalın parçalanması və bərpası ilə şərtləndirilən maddələr mübadiləsi mütəmadi olaraq gedir, buna görə də zülallar qida vasitəsi ilə orqanizmə daxil olur.