Sınıqlar vaxtı ilk yardımın göstərilməsi
Sınıq və çıxıqlar vaxtı ilk yardımın əsas vəzifəsi bədənin zədələnmiş hissəsinə ən ağrısız, rahat və sakit vəziyyəti verməkdir. Sınıqlar və çıxıqları əl ilə yoxlamaq və ya yerinə salmaq qəti surətdə qadağandır. Əl-ayaq sınanda və ya çıxanda zədələnmiş hissə şin, faner, çubuq və kartonla bərkidilir. Zədələnmiş əl bint və ya ləçəyin köməyi ilə boyuna asılır. Əgər şin yoxdursa, əl ilə bədənin zədələnmiş yerini tutmaq lazımdır. Kəllənin sınıqları, qulaq və boğazdan qanaxma, şüurun itkisi vaxtı zərərçəkmişə tam sakitliyi təmin etmək və başını geyimin bağlamalarının arasına qoymaq lazımdır. Əgər yara varsa, onu bağlamaq və başa soyuq predmet qoymaq lazımdır (buz, qar və soyuq islatma dərmanı). Onurğa sınığı olanda zərərçəkmişi qaldırmayaraq xərəklər, taxta və ya qapının üstünə ehtiyatla qoymaq lazımdır. Əgər əlin altında lazımi material yoxdursa, onda zərərçəkmiş qarnı üstə üzüaşağı çevrilir. Onurğa beynin zədəsi olmasın deyə zərərçəkmiş izlənilir ki, onun bədəni əyilməsin. Qabırğaların sınığı vaxtı (nəfəs, öskürək, asqırma və hərəkət vaxtı ağrı) sinə bərk sarılır və ya nəfəsvermə vaxtı onlar cib dəsmalı ilə çəkilib bağlanılır. Əgər zərərçəkmiş sınıq və ya çıxıq deyil, zərbə alıbsa, onda zərbənin yerinə soyuq bir şey qoyulur və bərk bağlanılır.
Termik yanıq vaxtı ilk yardımın göstərilməsi
Yanan geyimdə insan qaçmamalıdır. Zərərçəkmişin üstünə yorğan, palto, xalça və brezent atılır, yaxud da alov su və ya qumla söndürülür. Əgər yaxında heç bir şey yoxdursa, atəş onun özünün bədəni ilə – torpağın üstü ilə diyirlədilərək söndürülür. Od, buxar və isti predmetlərlə yanıq vaxtı yanıq yerini su ilə islatmaq olmaz. Yaranmış qovuqları yarmaq, dərinin yandırılmış sahəsinə məlhəm və məhlullar vurmaq və yanmış yerdən geyim parçalarını çıxarmaq olmaz.
I-ci dərəcəli yanıq vaxtı (qızartı) bədənin yanmış hissəsindən geyim və ayaqqabını ehtiyatla çıxarmaq lazımdır (daha yaxşı olar ki, onlar qayçı ilə kəsilsin).
II-ci dərəcəli yanıq vaxtı (suluqlar) yanmış yer spirt və 3%-i manqan məhlulu ilə təmizlənilir və steril sarğı ilə bağlanılır, sonra isə zərərçəkmiş xəstəxanaya çatdırılır.
III-cü dərəcəli yanıq vaxtı (dərinin parçalanması) zərərçəkmiş soyundurulmur, yorğana bükülür, çay içirdilir və həkimin gəlməsinə qədər narahat edilmir.
Şirniyyatçı kimi fəaliyyət göstərən hər bir şəxs öz funksional vəzifələrini bilməlidir. Şirniyyatçının əsas vəzifəsi yarımfabrikatların, tortların, pirojnaların, başqa şirniyyat və yağlı bulka məmulatlarının istehsal prosesini aparmaq bacarığıdır. Unlu şirniyyat məmulatlarının hazırlığı prosesində xəmirin, kremlərin və içlərin müxtəlif növlərini hazırlamağı və xammalı çəkə, verilmiş reseptura üzrə ölçə bilmək vacibdir.
Xəmirin yoğrulması, qarışdırılması, çalınması, müəyyən qalınlığa qədər açılması və unla səpilməsi vacib məqamlardır.