Zərərçəkmişin ağzına üfürülən havanın ciyərlərə tamamilə daxil olmasını təmin etmək üçün hava üfürülən zaman barmaqlarla onun burnu bağlanılır. Amma zərərçəkmişin burnuna havanın üfürülməsi vaxtı barmaqlarla onun ağzı bağlanılır. Süni nəfəsin tezliyi dəqiqəyə 10-12 dəfədən çox olmamalıdır. Hər üfürmədən (nəfəs almadan) sonra zərərçəkmişin ağız və ağ ciyərlərindən havanın azad çıxışı üçün onun burnu açılır. Ürək dayanması halında süni nəfəslə yanaşı, eyni zamanda ürəyin qapalı (bağlı) masajını başlamaq lazımdır. Ürəyin qapalı masajı qan dövranını saxlayır, buna görə o belə ardıcıllıqda həyata keçirilir: zərərçəkmiş bərk yer və ya döşəməyə beli üstə qoyulur və qayış və yaxa açılır. Zərərçəkmişdən sol və ya sağ tərəfdə durmaq lazımdır. Onun döş qəfəsinin alt üçdə birinə uzadılmış əl məsafədə bir ovuc qoyulur və basmanın (əl ilə təzyiqin) gücləndirilməsi üçün o biri ovuc birincinin üstünə qoyulur.
Döş qəfəsinə elə güclə basılır ki, o, 4-5 sm çöksün və sonra döş qəfəsinin ilkin vəziyyətinə qayıtmasına mane olmamaq üçün əllər tez çəkilir. Basmaların tezliyi saniyədə bir dəfədir. Üç-dörd basmadan sonra 2 saniyə fasilə edilir (yəni nəfəsalma və nəfəsvermə müddəti), ondan sonra göstərilən tezliklə masaj təkrarlanır. Sinəyə basmadan sonra "ağız-ağıza" və ya "burun-ağıza" 2-3 dərin üfürmə edilir. Süni nəfəs və ürəyin masajının düzgün keçirilməsi vaxtı zərərçəkmişin üzünün rəngi yaxşılaşır, sərbəst tənəffüs hərəkətləri meydana çıxır və göz bəbəkləri daralır (bu, oksigenlə beynin təchizatının göstəricisidir).
Yaralanma vaxtı ilk yardımın göstərilməsi
Yaralananda ilk yardım göstərilən zaman sabunla əllər yuyulmalı və ya barmaqlara yod məhlulu vurulmalıdır. Yaranı su ilə yumaq, toz səpmək və məlhəmlər vurmaq olmaz, çünki bu, irinləmə doğura bilər. Yaradan qanın laxtalarını çıxarmaq olmaz, bu, güclü qan axma doğura bilər. Yaranın yanındakı yer ehtiyatla təmizlənir və yaranın qıraqlarındakı çirk təmizlənir. Yaranın təmizlənmiş kənarlarına yod vurulur. Fərdi paket açılır (o, fərdi dərman qutusunda olmalıdır), yaraya steril material qoyulur və sarılır. Əgər fərdi paket yoxdursa, sarğı üçün təmiz burun dəsmalı və ya təmiz pambıq parçadan istifadə edilir. Yod məhlulu parçanın üstünə yaradan böyük ləkə ölçüsündə damcıladılır və sonra parça yaranın üzərinə qoyulur.
Qanaxma vaxtı ilk yardım
Qanaxmanı saxlamaq üçün yaralanmış əl-ayağ yuxarı qaldırılır. Qanayan yara sarğı materialı ilə bağlanır, üstdən yaranın özünə toxunmamaq şərti ilə o sıxılır və 4-5 dəqiqə boyunca tampon saxlanır. Əgər qanaxma dayandısa, onda qoyulmuş materialı çıxartmamaq şərti ilə üzərinə pambıqdan tampon qoyulur və bir qədər sıxılaraq yaralanmış yer sarılır. Güclü qanaxmanı sarğının köməyi ilə dayandırmaq mümkün deyilsə, əl-ayaqda oynaqların dirsəyi barmaqlar, rezin hörmə və ya burma ilə sıxılır.
Əgər əlinizin altında onlar yoxdursa, rezin burmanın yerinə burun dəsmalı və ya çiyinbağından istifadə edilir. Bağlanmış hörmə və ya burmanı 2 saatdan çox saxlamaq olmaz, çünki bu, qansızlaşdırılmış sahənin keyləşməsinə gətirib çıxara bilər.