Yadda saxlanmalıdır ki, bütün elektrik avadanlığı, elektrik maşınları, cihazlar və elektrik şəbəkəsi yanğına qarşı təhlükəsizlik tələblərinə cavab verməlidir. Açıq məftillər, mexaniki zədələrə məruz qalmış məftillər və izolyasiyanın köhnəlməsi, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, məftillərin pis kontaktları, sındırılmış söndürənlər, yua (розетка), açıq çeviricilər və əldəqayırma qoruyucuların istifadəsi – bütün bunlar yanğına səbəb ola bilər.
Elektrik cərəyanından zərər çəkmiş insana ilk yardımın göstərilməsi vaxtı avadanlıqdan cərəyanı kəsmək və ya zərər çəkəni cərəyan keçirməyən predmetlə (taxta çubuq, ip və rezin dielektrik əlcəkləri) elektrik enerjisinin mənbəyindən dartıb uzaqlaşdırmaq lazımdır. Bədbəxt hadisələrin ən çoxu elektrik şəbəkəsi və avadanlığının nasazlığı, cihazlar və quraşdırmalarla səhv davranmaq nəticəsində baş verir. Şirniyyatçı elektrik avadanlığından istifadə edə bilməlidir. Qüsurun üzə çıxarılması vaxtlı-vaxtında tənzimləmə və ya təmir üçün elektromontyoru çağırmaq lazımdır. Şirniyyat sexlərində asma lampalar yerdən 2,5 metr hündürlükdə olmalıdır. Hər lampada çıraq olmalıdır. Sexlərdə qadağan edilmiş lampalardan istifadə yolverilməzdir. Elektrik şəbəkəsi, mexanizmlər və elektrik cihazlarından istifadə vaxtı onları sökmək və özbaşına təmir etmək qadağan edilir.
Qanuna əsasən əməyin qorunması işin icrası prosesində insanın sağlamlığı və iş qabiliyyətinin qorunmasına yönəldilmiş hüquqi, ictimai-iqtisadi, təşkilatı-texniki, sanitar-gigiyenik və müalicə-profilaktik tədbirlər və vasitələr sistemidir. Müəssisədə əməyin qorunmasının təşkili üçün ən yüksək nəzarət Baş prokuror və ona tabe edilmiş prokurorlar tərəfindən həyata keçirilir. "Əməyin qorunması haqqında" Qanun əməkçilərin təhlükəsiz və zərərsiz iş şəraitinə, güzəşt və kompensasiyalara, istehsalat zədələri və peşəkar xəstəliklərlə əlaqədar sağlamlığa vurulmuş zərərlərə görə kollektiv müqavilə (razılaşma) vasitəsilə sosial müdafiə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur.
Kollektiv müqavilə "Kollektiv müqavilə haqqında" Qanuna uyğun olaraq işlənir, tərtib edilir və yerinə yetirilir. Kollektiv müqavilə yazılı formada, müəssisənin sahibkarı və müəssisənin həmkarlar ittifaqı tərəfindən illik tərtib edilir. Öhdəliklərin icrasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı və həmkarlar ittifaqı komitəsi həyata keçirir. "Əməyin qorunması haqqında" Qanunda nəzərdə tutulur ki, iş yerində hər işçinin aşağıdakı hüquqlarına zəmanət verilir: