Hazırlanma qaydası:
Kartoflar yaxşıca yuyulur və nazik-nazik dilimlənir. Dərin bir kasanın içinə su doldurulur.
Suya duz və sirkə tökülür, kartoflar həmin suyun içində qarışdırılaraq yaxalanır. Sonra
həmin su süzülür, kartoflar adi suyla durulanır, kağız salfetlə qurudulur. Kartof
dilimlərinin üstünə duz, istiot və zeytun yağı tökülür və qarışdırılır. Yağlı kağız sərilmiş
soba sinisinə kartoflar yan-yana düzülür. 1750 də əvvəldən isidilmiş sobada 15 dəqiqə
bişirilir. Qab sobadan çıxarılır kartoflar tərs çevrilir və hər tərəfi qızarana qədər təkrar
bişirilir. Artıq kartof çipsisi servisə hazır olur (Şəkil 2.34).
Dəbdəbəli bir balqabaq aşı
Tərkibi:
bir orta ölçülü balqabaq;
2 st. yumru düyü;
2 ədəd baş soğan;
1/2 st. alça turşusu (pasta);
1-2 x.q. barbaris (zirinc);
2-3 x.q. zeytun yağı;
1 x.q. yumru qara istiot.
|
Şəkil 2.34. Evdə hazırlanan çips
|