12. Şirniyyat məmulatları və onların düzülüşünün istehsalı üçün şirniyyat sexlərində müxtəlif alətlərdən istifadə olunur. Məmulatların listdən çıxarılması üçün şirniyyat kürəkcikləri işlədilir. Bu kürəciklər 0.8–1.5 mm. qalınlıqda paslanmayan polad materiallı tam ştamplanmış və ya qaynaq edilmiş qulpla istehsal edilmişdir. Kürəkciklərin qabaq tərəfi nazikdir;
13. Şirniyyat məmulatları bişirəndə onların düzülüşü və istehlakçıya verilməsi üçün şirniyyat maşalarından istifadə olunur. Bu maşalar universaldır və müxtəlif istehsal sexlərindən, həmçinin hazır şirniyyat məmulatlarının satışı vaxtı istifadə olunur (Şəkil 2.12);
14. Şirniyyat sexlərində müxtəlif ərzaqlar və məhlulları tez-tez süzmək lazım olur. Bunun üçün müxtəlif diametrli, çox xırda deşikli, kapron, ipək və ya tük toru olan konusşəkilli metal ələklərdən istifadə edilir (Şəkil 2.13);
15. Şirniyyat istehsalında qab-qacaqdan geniş istifadə olunur. 20 və 30 litrlik pilətə üstü qazanlardan dəm və pryanik xəmirinin istehsalı və sirop, şirə və sairənin bişirilməsi üçün istifadə olunur. Qazanlar paslanmayan polad və alümindən hazırlanır. Qazanın yan tərəflərinə iki qulp qaynaq edilir və ya yapışdırılır. Qazanlar komplektləşdirilir. Qazanlar pilətə üstü qab-qacağın əsas növüdür. Onlar paslanmayan polad və ya alümindən hazırlanır və qapaqla komplektləşdirilir. Tava bir uzun qulplu, uyğun diametrli və 2.5:1 hündürlüklə xırda qazanı təşkil edir. Tavalar paslanmayan poladdan qaynaqetmə və alümindən tökmə və ştamplama yolu ilə hazırlanır;
16. Qənnadı məmulatları və kremlərin az miqdarda hazırlanması üçün mikserdən istifadə edilir. Mikser – mexaniki, elektrik, əllə idarə olunan və stolüstü olur. Müəyyən etməlisiniz ki, sizə hansı mikser daha çox uyğun gələcək. Mikserdə xəmir, yaxud kremin çalınması və qarışdırılması üçün nəzərdə tutulmuş çalma tacları vardır (Şəkil 2.14);