9. Şirniyyat oxlovlarından yayma, emal və şirniyyat sexlərində xəmirin bölünməsi üçün istifadə edilir. Oxlovların dövriyyəvi xəmiryayan, xəmirbölən və qabarıq (vaflili) növləri vardır (Şəkil 2.9);
10. Xəmirkəsənlər yayılmış xəmiri lentlər, kvadratlar və başqa fasonda hissələrə kəsmək üçün nəzərdə tutulmuşdur (Şəkil 2.10);
11. Şirniyyat məmulatlarının bişirilməsi üçün şirniyyat formalarından istifadə olunur. Bu formalar müxtəlif konfiqurasiyalar və müxtəlif ölçülərdə olur. Onlar ağ tənəkə, ammonium və poladdan hazırlanır. Şirniyyat məmulatlarının istehsalı üçün müxtəlif qurğulardan istifadə edilir (Şəkil 2.11);